Milli Məclisə seçkilərlə bağlı normativ aktlardan ibarət toplu işıq üzü görmüşdür
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qarşıdan gələn Milli Məclis seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı normativ bazanın gücləndirilməsi məqsədilə normativ xarakterli aktların – təlimatların, izah və qaydalarıın təsdiq olunması barədə qərar qəbul etmiş və həmin sənədlər 10 topluda cəmləşdirilmişdir. Artıq sözügedən toplulardan 1-i işıq üzü görmüş və Mərkəzi Seçki Komissiyası tərəfindən aşağı seçki komissiyalarına çatdırılır. Normativ xarakterli aktlardan ibarət digər toplular da bu yaxınlarda çapdan çıxacaq və aşağı seçki komissiyalarına çatdırılacaqdır.
Bundan əlavə, Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə bağlı 23 adda müxtəlif sənəd nümunələrini təsdiqləyərək çap etdirmişdir. Komissiya həmin sənəd nümunələrinin də aşağı seçki komissiyalarına çatdırılmasını təmin edir.
Qeyd edək ki, MSK-nın qəbul etdiyi normativ xarakterli aktlar qurumun rəsmi internet səhifələri(www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) vasitəsilə icitmailəşdirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti
[23.07.2010]
İyulun 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 2 iyun və 9 iyun 2010-cu il tarixli iclaslarının protokolları təsdiqlənmişdir.
Sonra “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyalarına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması qaydaları”nın və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat aparılması qaydaları haqqında təlimat”ın təsdiq edilməsi haqqında qərar çıxarılmış, bəzi normativ xarakterli aktlara əlavə və dəyişikliklər edilmişdir.
Mərkəzi Seçki Komissiyası 13 saylı Xəzər birinci, 70 saylı Masallı şəhər və 73 saylı Lənkəran şəhər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Böyük Britaniya səfirliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti
Mərkəzi Seçki Komissiyasında görüş
[21.07.2010]
İyulun 21-də Milli Demokratiya İnstitutunun (ABŞ) Avrasiya üzrə direktoru Laura Cuit və Azərbaycan üzrə direktoru Aleks Qriqoriyevs Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşlər.
Mərkəzi Seçki Komissiyasının sədri Komissiyanın beynəlxalq qurumlarla əməkdaşlığından məmnunluğunu ifadə etmişdir.
Laura Cuit təmsil etdiyi qurumun Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərdiyini, 1998-ci ildən isə MSK ilə əməkdaşlıq edtiyini xatırladaraq bundan qürur duyduqlarını bildirmişdir. O, qarşıdan gələn seçkilərin uğurla keçiriləcəyinə inamını ifadə edərək MSK-nın seçkilərə hazırlıq istiqamətində həyata keçridiyi tədbirlərlə maraqlanmışdır.
Sədr Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı məlumat vermiş və seçkilərin ölkənin seçki qanunverciliyinə uyğun, azad və ədalətli keçiriləcəyini bildirmişdir.
Görüşdə Mərkəzi Seçki Komissiyası ilə Milli Demokratiya İnstitutu arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti
[05.07.2010]
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qarşıdan gələn parlament seçkiləri ilə bağlı maarifləndimə tədbirlərini davam etdirir. MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi ilə əlaqədar növbəti tədbiri iyulun 7-də Avropa Şurasının Venesiya Komissiyası ilə birgə keçirəcək. Dairə seçki komissiyalarının şikayət və müraciətlərə baxan ekspert qruplarının üzvləri üçün nəzərdə tutlan treninqlər şikayət və müraciətlərə baxılması məsələlərinə həsr olunub. Seminar-treninq iyulun 7-də saat 10.00-da Hyatt Regency otelinin “Quba” konfrans zalında olacaq. Tədbir iki gün davam edəcək. Treninqlər Mərkəzi Seçki Komisiyasının və Avropa Şurası Venesiya Komissiyasının mütəxəssisləri tərəfindən keçiriləcək.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti
Mərkəzi Seçki Komissiyasında görüş
[01.07.2010]
İyulun 1-də Piter Semnebinin rəhbərlik etdiyi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Mərkəzi Seçki Komissiyasının sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə etmiş və ölkəmizin, o cümlədən MSK-nın bu qurumla əməkdaşlığa xüsusi önəm verdiyini bildirmişdir.
Mərkəzi Seçki Komissiyasında keçirdiyi səmərəli görüşləri yaxşı xatırladığını bildirən P. Semnebi qarşılıqlı faydalı əməkdaşlığın davam etdiriləcəyinə və qarşıdan gələn seçkilərin uğurla keçiriləcəyinə inamını ifadə etmişdir. O, Azərbaycanın gənc demokratik dövlət olduğunu vurğulayaraq, Avropa İttifaqının bu inkişafın davam etdirilməsinə yardım etməyə hazır olduğunu bildirmişdir.
Qonaqlar Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn seçkilərə hazırlıqla bağlı həyata keçirdiyi tədbirlərlə maraqlanmışlar.
Sədr Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı nümayəndə heyətinə məlumat vermiş və seçkilərin ölkənin seçki qanunvericiliyinə, Avropada formalaşmış standartlara uyğun keçiriləcəyini bildirmişdir.
Görüşdə Mərkəzi Seçki Komissiyası ilə Avropa İttifaqı arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti