. : MSK-nın aparatı

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətinin hüquqi, təşkilati-metodiki, analitik-informasiya, sənədləşdirmə, nəşr, maddi-texniki, sosial-məişət və digər təminatı onun Aparatı vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi Aparatda şöbələrin və digər struktur bölmələrinin qarşılıqlı əlaqələr əsasənda birgə fəaliyyətini təşkil edir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunu, ştat vahidlərini və işçilərinin vəzifə maaşlarını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası dövlət büdcəsindən ona ayrılmış vəsait hüdudlarında muəyyənləşdirir.

Mərkəzi Seçki Komissiyası Aparatı işcilərinin hüquqları, vəzifələri və məsuliyyətləri Azərbaycan Respublikasmın müvafiq qanunvericiliyi ilə və Komissiyanın təsdiq etdiyi Reqlamentlə müəyyən olunur.

  1. TƏŞKİLAT ŞÖBƏSİ
  2. HÜQUQ ŞÖBƏSİ
  3. BEYNƏLXALQ ƏLAQƏLƏR ŞOBƏSİ
    • Treyninq sektoru
  4. İNFORMASİYA MƏRKƏZİ (şöbə hüququnda)
    • İnformasiya sistemlərinin avtomatlaşdırılması sektoru
    • Texniki və sistem təminatı sektoru
    • İnformasiya şəbəkəsinə nəzarət və koordinasiya sektoru
  5. ÜMUMİ ŞÖBƏ
    • Sənədlərlə iş sektoru
  6. MONİTORİNQ ŞÖBƏSİ
  7. MEDİA VƏ İCTİMAİ ƏLAQƏLƏR ŞÖBƏSİ
  8. REDAKSİYA VƏ NƏŞR ŞÖBƏSİ
  9. MALİYYƏ ŞÖBƏSİ
  10. TƏSƏRRÜFAT ŞÖBƏSİ

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1115 S.S. Axundov 1E
Tel: (994 12) 563 40 08, Faks: (994 12) 562 70 09
Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası