. : MƏTBUAT BÜLLETENİ

[09.06.2010]
İyunun 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. Əvvəlcə sədr Komissiya üzvlərini Şaitdin Sərdar oğlu Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilməsi haqqında Milli Məclisin qərarı ilə tanış etmişdir. Sonra MSK təşkilati məsələyə baxmış və Ş. S. Əliyevin Mərkəzi Seçki Komissiyası sədrinin müavini seçilməsi barədə qərar qəbul etmişdir. İclasda ATƏT-in Bakı ofisinin, Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti


[22.06.2010]
İyunun 22-də Nikolas Kaçarovskinin rəhbərlik etdiyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçkiqabağı Qiymətləndirmə Missiyası Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür. MSK-nın sədri Mərkəzi Seçki Komissiyasının beynəlxalq qurumlarla, xüsusən də ATƏT-lə əlaqələrə önəm vediyini bildirərək qarşıdan gələn seçkilərdə də sıx əməkdaşlıq edəcəklərini nəzərə çatdırmışdır. Missiyanın üzvləri seçki komissiyalarının təşkili və iş prinsipləri, MSKnın seçkiyə hazırlıq çərçivəsində gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri ilə maraqlanmışlar. Mərkəzi Seçki Komissiyasının sədri seçki orqanlarının fəaliyyəti, qarşıdan gələn seçkilərlə bağlı Komissiyanın gördüyü işlər və həyata keçirəcəyi layihələr barədə ətraflə məlumat vermişdir. O, seçici siyahılarının yanvar ayının əvvəllərindən başlamış dəqiqləşdirilməsinin mayın sonunda başa çatdırıldığını vurğulayaraq bu prosesin davam etdiriləcəyini diqqətə çatdırmışdır. Sədr qeyd etmişdir ki, Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının fəlaiyyətinin monitorinqini aparmış və seçki prosesinin ayrı-ayrı mərhələləri ilə bağlı normativ aktlar hazırlamışdır. İyul ayından etibarən isə dairə və məntəqə seçki komissiyalarının üzvləri, eyni zamanda digər subyetktlər üçün maairfləndirmə layihələrinin həyata keçirilməsinə başlanacaqdır. Bu tədbirlərin hazırlanıb keçirilməsində beynəlxalq qurumlarla sıx əməkdaşlıq edildiyi də qeyd olunmuşdur. Görüşdə qarşıdan gələn parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə ATƏT arasında gələcək əməkdaşlığın perspektivləri barədə də müzakirələr aparılmışdır.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası